sa sa sa

"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 529 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bələdiyyə sifarişlərinin verilməsi Qaydaları"nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №7, maddə 466; 2002-ci il, №12, maddə 725) 10-cu bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bələdiyyələr bələdiyyə sifarişlərinin şərtləri və nəticəsi barədə məlumatları qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlayır".

2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №9 maddə 485; №10, maddə 910) 8.21-ci bəndində "şəxsi həyatı (onların sağlamlığı, ailə və şəxsi həyatı, əmlak vəziyyəti)" sözləri "şəxsi və ailə həyatı" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əhalisinin Dövlət Registrinin aparılması qaydası haqqında Əsasnamə"yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №10, maddə 790) aşağıdakı əlavələr edilsin:

3.1. 20-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən fərdi məlumat hesab edilən informasiya yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu informasiyanı əldə etmək hüququna malik şəxslərə təqdim edilir";

3.2. 25-ci bənddə "12-ci maddəsinə" sözlərindən sonra "və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri əlavə edilsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 27 sentyabr 2006-cı il.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Услуги
Начинайте свою трудовую деятельность с нами!
Читать дальше
Доверьтесь нашим креативным и своеобразным идеям!
Читать дальше
Печатные издания в высоком цветном качестве и за доступную цену!
Читать дальше
Развивайте свою карьеру, повышая знания в сфере ИТ!
Читать дальше
Разнообразные услуги электронной библиотеки!
Читать дальше
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
Научные журналы
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti