sa sa sa

www.president.az

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, №12, maddə 1080; 2007, №8, maddə 756; 2010, №3, maddələr 171, 172; 2011, №3, maddə 162, №7, maddə 617; Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 323-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. aşağıdakı məzmunda 2.4-1-ci maddə əlavə edilsin:

“2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.”;

2.6.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“6.1.6. informasiyanın əldə edilməsinin bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmaması;”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2012-ci il.

17 november – National Revival Day of Azerbaijan
Services
Inquire your business presence with us!
Read more
Trust our creativity and unique ideas!
Read more
Quality and colorful publish for affordable prices!
Read more
Improve IT skills and change your career!
Read more
Rich e-Library services!
Read more
SCIENTIFIC JOURNALS