Messencer İnternetin ən sürətlə inkişaf edən xidmətlərindən biridir
“WhatsApp” messencerinin aylıq fəal istifadəçilərinin sayı 400 milyonu ötüb ki, bu da 2013-cü ilin apreli ilə müqayisədə iki dəfə çoxdur. gazeta.ru saytının məlumatına görə, bu proqram gündəlik 32 milyard mesaj və 500 milyard fotoşəkil emal edir.
Qeyd edək ki, “WhatsApp” messencerindən istifadə qiyməti illik 0,99 dollar (birinci il ödənişsizdir) təşkil edir.