“Plagiat.pl” şirkətinin nümayəndəsi İnformasiya Texnologiyaları İnstitutunda oldu 16.12.2014    02:00 / Görüşlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Polşanın “Plagiat.pl” şirkətinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Sebastian Kavçinski ilə görüş keçirildi.

Görüşdə, həmçinin institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, şöbə müdiri Təhmasib Fətəliyev və institutun digər əməkdaşları iştirak edirdilər.

Şirkətin fəaliyyəti haqqında təqdimatla çıxış edən S.Kavçinski bildirdi ki, Polşada fəaliyyətə başlayan şirkət bu ölkənin demək olar ki, bütün ali məktəbləri ilə əməkdaşlıq əlaqələri qurub. Onun sözlərinə görə, əsas məqsəd müəllif hüquqları pozuntuları və insanların intellektual mülkiyyətindən icazəsiz istifadə ilə mübarizə aparmaqdır: “Biz alimlər və tələbələrin tədqiqat işlərini qorumağa xidmət edən ümumdünya Antiplagiatlıq Şəbəkəsi yaradırıq. Bu məqsədlə ali məktəblər, hökumət orqanları və nəşriyyatlar ilə əməkdaşlıq edirik. Həmçinin insanların intellektual mülkiyyətini plagiatlıqdan qorumaqda onlara kömək edirik”.

Məruzəçi qeyd etdi ki, İnternet brauzerlər kimi güclü alətlərlə təchiz olunmuş tələbələr, istənilən fənn üzrə mətnləri taparaq onlardan “öz” tədqiqat işlərində istifadə edirlər. O, 2002-ci ilin iyun ayında fəaliyyətə başlayan şirkətin hazırladığı “Strikeplagiarism” sisteminin elmi fəaliyyətlə məşğul olan tədqiqatçıları mətnlərdən “oğurlanmış” fraqmentləri aşkar etməyə imkan verən vasitə ilə təmin etmək üçün yaradıldığını vurğuladı.

Bildirdi ki, 2015-ci ilin yanvar ayında proqramın interfeysinin Azərbaycan və rus dilllərində, fevral ayında isə türk dilində hazırlanması nəzərdə tutulur.

Təhsil və tədris müəssisələrində bu sistemin geniş tətbiq olunduğunu söyləyən S.Kavçinski bu sahədə Rumıniya təcrübəsindən danışdı. Onun sözlərinə görə, Rumıniyanın artıq 20 universiteti sistemin xidmətlərindən yararlanaraq müdafiə olunan doktorluq dissertasiyalarının orijinallığını asanlıqla təyin edə bilir.

Sonra məruzəçi sistemin iş prinsipi və üstünlükləri haqqında ətraflı məlumat verdi.

Sonda çoxsaylı suallar cavablandırıldı, fikir və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

6 yanvar – Teleqrafın yaradıldığı gündür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR