İnformasiya Texnologiyaları İnstitutunda “EBSCO” şirkətinin nümayəndəsi ilə görüş keçirildi 19.11.2014    05:00 / Görüşlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “EBSCO” şirkətinin Qərbi və Orta Asiya üzrə nümayəndəsi Reyko Raye ilə görüş keçirildi.

Tədbirdə texnika elmləri doktoru Ramiz Alıquliyev, şöbə müdirləri Mədinə Səidova, Təhmasib Fətəliyev, Vüqar Musayev və institutun digər əməkdaşları iştirak edirdilər.

Öncə R.Raye təmsil etdiyi şirkət haqqında təqdimatla çıxış etdi. Bildirdi ki, ABŞ-ın nüfuzlu şirkətlərindən olan "EBSCO" dünyanın aparıcı nəşriyyatlarının elmi resurslarının ən böyük aqreqatorudur. Şirkət 14 elmi istiqamətdə kitab və jurnalların məlumat bazasına giriş təqdim edir. Şirkət nümayəndəsi “EBSCO”nun 375-dən çox müxtəlif elmi-tədqiqat bazasının resurslarına, o cümlədən 360 min elmi jurnal və 550 min elektron kitaba vahid nöqtədən çıxış imkanı təklif etdiyini diqqətə çatdırdı.

"EBSCO"nun korporativ müştəriləri haqqında danışan R.Raye “Google” və digər qlobal şirkətlərin onların əsas müştərilərindən olduğunu vurğuladı.  

Sonda iki qurum arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

3 mart 1915-cİ İldə NASA-nın əsası qoyulmuşdur
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR