AMEA İnformasiya Texnologiyaları İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov elmin təbliğindəki xidmətlərinə görə AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnamə dekabrın 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə “Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda keçirilən “dəyirmi masa”da təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.