İnsan və robot arasında fortepiano yarışması keçirilib 14.06.2018    12:47 / Maraqlı məlumatlar

Pekinin konsert zalında “Teotronico” adlı robot və italyan pianoçu Roberto Prosseda arasında fortepiano yarışması keçirilib. İnsanla robotun “döyüşü”ndə iştirakçılar bərabər səviyyədə çıxış ediblər.

robo-hunter.com saytının məlumatına görə, rəqiblərin fortepiano üzrə praktik olaraq, bütün texnikalara bələd olub-olmadıqları yoxlanılıb. Onlar Şopen, Mendelson, List və Bethovenin musiqilərini ifa ediblər. Dinləyicilərin qiymətləndirməsi onların alqışları ilə müəyyən edilib.

İfanın müddəti, dəqiqliyi və çevikliyi kimi kateqoriyalarda robot qələbə qazanıb. Lakin fortedən pianoya keçid, ifanın fasiləsizliyi və emosionallığına pianoçu daha yaxşı müvəffəq olub. Prossedanın sözlərinə görə, baxmayaraq ki, insan ifa zamanı səhv edə bilər, maşınlar heç vaxt real musiqiçiləri əvəz edə bilməyəcəklər.

“Teotronico” 53 barmağının köməyilə görkəmli pianoçuların musiqilərini ifa etməklə yanaşı, həm də musiqi bəstələyə, insanlarla ünsiyyət saxlaya və öz emosiyalarını ifadə edə bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR