İnstitutun əməkdaşı “İKT üzrə tərcüməçi” sertifikatına layiq görülüb 14.05.2018    15:00 / Mühüm hadisələr

Mayın 11-də Azərbaycan Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən dil və tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində keçirdiyi seçim turlarından (ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə) uğurla keçmiş 20-dən çox tərcüməçiyə sertifikatlar təqdim olunub. 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə Məmmədzadə informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə (Azərbaycan-ingilis, ingilis-Azərbaycan dilinə tərcümə) şifahi və yazılı seçim turlarından müvəffəqiyyətlə keçərək sertifikata layiq görülüb.

Qeyd edək ki, hazırkı turlar yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan tərcümə akkreditasiyasının ilkin mərhələsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR