İnsanın fikirlərini “eşidən” cihaz hazırlanıb 06.04.2018    12:00 / Maraqlı məlumatlar

Əzələ-çənə interfeysi ən kiçik əzələlərin hərəkətini “oxuyur”, ayrı-ayrı sözlərin subvokalizasiyasına uyğun olanları tanıyır, birbaşa istifadəçinin qulağına translyasiya edilən səslə cavab verir, “daxili səslə” səsləndirilmiş əmrləri isə digər qurğulara göndərir.

Massaçussets Texnologiya İnstitutundan olan mühəndislər qrupu insanın düşüncələrini “eşidən” “AlterEgo” cihazını hazırlayıblar. Sonluqları istifadəçinin çənəsinə doğru uzanan, ayrı-ayrı  sözlərin düşüncə ilə tələffüz edilməsi ilə korrelyasiya edilən qulaqlıqlar sifət və beyin əzələlərinin zəif hərəkətlərini oxuyur və alınmış informasiyanı radiosiqnala çevirir.

popmech.ru  saytının məlumatına görə, “AlterEgo” istifadəçi ilə kəllə sümükləri üzrə qulağa ötürülən və səs siqnalı kimi qəbul edilən vibrasiyaların köməyilə ünsiyyət qurur; istifadəçi “vaxt” sözünü “düşünərək” sorğu göndərir, cavab istifadəçinin qulaqlarına dərhal ötürülür və ətrafdakı şəxslər tərəfindən eşidilmir.

Qurğu hələ ki, düşünülmüş az sayda əmrləri qəbul edir. Düşüncələri tanıma dəqiqliyi 92%-ə qədərdir. Maşın təlimi alqoritminə analiz üçün daha çox material təqdim etməklə bu faizin yüksəldilməsi nəzərdə tutulur. Bunun üçün sınaqlar zamanı daha çox könüllüyə ehtiyac olacağı bildirilir.

Cihazın yaradıcıları güman edirlər ki, “AlterEgo” hələlik hazırlanma mərhələsində olan neyrointerfeysləri əvəz edə biləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

"ELM VƏ İNNOVASİYA" VERİLİŞİ
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR