Əlavə reallıq üçün audio qurğu hazırlanıb 13.03.2018    15:50 / Texnoloji yeniliklər

Əlavə reallıq (Augmented Reality – AR) “Microsoft” və “Magic Leap” kimi bir çox şirkətlərin maraq dairəsindədir. Onların əksəriyyəti AR-eynəklərin istehsalı ilə məşğul olur. “Bose” şirkəti isə ilk dəfə olaraq, əlavə reallıq üçün audio qurğular hazırlayıb. Şirkət gün eynəklərinə quraşdırılmış əlavə reallıq audiosistemini nümayiş etdirib.

Şirkət nümayəndələrinin sözlərinə görə, onlar AR-qulaqlıqları asanlıqla ayrıca istehsal edə bilərdilər. Lakin bu, onların hədəflərinə uyğun deyil. İstehsalçılar ilk növbədə göstərməyə çalışıblar ki, texnologiyanı istənilən aksessuarlara uyğunlaşdırmaq mümkündür. Bu da onun universallığını yüksəldəcək.

naked-science.ru saytının məlumatında bildirilir ki, “Bose” gün eynəkləri səsi kiçik dinamiklər sayəsində ötürür. İnteqrasiya edilmiş IMU-sensor (Inertial measurement unit – İnersiya ölçü bloku) qurğunun sahibinin harada olduğunu və nəyə baxdığını müəyyən etmək üçün telefonda GPS-ötürücü aparatla bağlanır.

Qurğu hazırda ABŞ-ın Texas ştatının Ostin şəhərində keçirilən “SXSW” konfransında təqdim edilib. “Engadget” nəşrinin jurnalistləri cihazı yoxlayıb və öz təəssüratlarını paylaşıblar. Onların sözlərinə görə, eynək düzgün işləyib və istifadə müddətində yalnız bir dəfə işini dayandırıb. Eynək istifadəçinin nəyə baxdığını müəyyən edir və onun çərçivəsini iki dəfə sıxmaqla, məkan haqqında informasiyanı səsləndirir. Məsələn, jurnalist “El Naranjo” restoranına baxıb və məlumat almaq üçün eynəyin çərçivəsini sıxıb. Bu zaman dinamikdən eşidilən səs restoranın menyusu və aşbazların adlarını sadalayıb.

Şirkət nümayəndələri səsli əlavə reallığın perspektivli istiqamət olduğuna inanırlar. Buna görə də yeni qurğularla maraqlanan istehsalçılara əməkdaşlıq təklif edirlər. Hazırda “Bose” potensial partnyorları cəlb edən 50 milyon dollarlıq fonda malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR