Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri araşdırılır 13.03.2018    15:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2018-ci il üzrə fəaliyyət planlarının müzakirəsinə başlandı.

Öncə institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova 1 saylı şöbənin 2018-ci il üçün fəaliyyət planını təqdim edərək yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verdi.

Məruzəçi bildirdi ki, cari ildə böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemlərinin araşdırılması istiqamətində tədqiqatlar davam etdiriləcək. Onun sözlərinə görə, bu məqsədlə “Böyük verilənlər mühitində informasiya təhlükəsizliyinin təmin olunması metod və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri”, “DeepOil-ML: İntellektual neft mədənləri üçün Deep Learning əsasında yeni texnologiyaların işlənməsi”, “Big Data və rəqəmsal irs problemləri və onların həlli yolları”, “Big Data və proqnozlaşdırma problemləri və həlli yolları” və digər mövzular üzrə araşdırmalar aparılacaq.

M.Hacırəhimova şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq bildirdi ki, cari ildə şöbə əməkdaşları tərəfindən bir sıra qrant layihələr yerinə yetiriləcək, elmi-texniki ekspertiza işləri həyata keçiriləcək.

O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işlər haqqında ətraflı məlumat verdi.

Sonra fəaliyyət planına dair müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planına dair təkliflərini bildirdi, tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.

Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR