Elektron demoqrafiya sahəsində tədqiqatlar aparılmalıdır 12.03.2018    10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Seminar şöbənin 2018-ci il üçün fəaliyyət planının ilkin müzakirəsinə həsr olunmuşdu.

İclasda AMEA-nın akademik-katibi, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev müasir dövrdə elektron demoqrafiya sahəsində tədqiqatların böyük aktuallıq kəsb etdiyini bildirərək e-demoqrafiya problemlərinin dünyada gedən proseslər, sosial-iqtisadi hadisələrlə əlaqədar bir çox dövlətlərin diqqət mərkəzində olduğunu vurğuladı. Bu sahədə rəhbərlik etdiyi şöbədə də elmi tədqiqatların aparılmasının vacibliyini önə çəkdi.

Alim mobil telefonlar vasitəsilə cəmiyyətin analizi, e-dövlət mühitində insanların şəxsi münasibətlərinin aşkarlanması, e-dövlət mühitində Azərbaycan dilinə dair intellektual sistemin hazırlanması, nəqliyyat axınının tənzimlənməsi üçün intellektual sistemin işlənilməsi kimi mövzuların aktuallığından söz açaraq, bu istiqamətlərdə araşdırmaların aparılmasının zəruriliyini qeyd etdi.  

Akademik R.Əliquliyev yeni medianın dünya ölkələrində tədrisi problemləri, İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi, 3D və dron jurnalistikasına dair tədqiqatların dərinləşdirilməsini,  araşdırmaların nəticəsi kimi hazırlanan elmi məqalələrin nüfuzlu jurnallarda çap olunmasını tövsiyə etdi.

Sonda müzakirə olunan mövzulara dair fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR