İnstitutun Tədris-İnnovasiya Mərkəzinin veb-saytı təqdim olundu 06.03.2018    16:33 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında institutun Tədris-İnnovasiya Mərkəzinin (TİM) veb-saytı təqdim olundu. İnstitutun proqramçısı Raqif İsmayılov çıxış edərək sayt haqqında ətraflı məlumat verdi. Bildirdi ki, yeni resurs “Ana səhifə”, “Mərkəz haqqında”, “Tədris”, “Kurslar”, “Olimpiadalar”, “Nəşrlər”, “Xəbərlər”, “Xidmətlər”, “Qalereya” və s. bölmələrdən ibarətdir.

Saytın “Xəbərlər” bölməsində doktorant və dissertantlara informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu, distant kurslar, seminar və konfransların təşkili, TİM-də keçirilən görüşlər və s. dair məlumatlar yer alacaq.

R.İsmayılov TİM-in əsas fəaliyyət istiqamətlərini əks etdirən saytın dizayn,  proqram və informasiya təminatı baxımından yüksək səviyyədə hazırlandığını, bütün müasir tələblərə cavab verdiyini və burada ən son texnoloji yeniliklərin reallaşdırıldığını nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək veb-saytda doktorant və dissertantlar üçün onlayn şəkildə sınaq imtahanı vermək imkanı da yaradılmışdır.

Məruzəçi saytda, həmçinin “Videoqalereya”, “Fotoqalereya” və “Nəşrlər” bölməsinin fəaliyyət göstərəcəyini diqqətə çatdırdı.

Sonda saytın istismarına dair müzakirələr aparıldı, bir sıra təkliflər səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR