e-library.ru bazasından istifadə qaydaları müzakirə olundu 01.03.2018    17:06 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxana Mərkəzində növbəti elmi seminar keçirildi. Mərkəzin əməkdaşı Nərgiz İsmayılova Rusiyanın e-library.ru - РИНЦ elmi istinad bazasında qeydiyyat məsələsinə dair məruzəni təqdim etdi. Bildirdi ki, bu platforma 1999-cu ildə rus tədqiqatçılarının xarici elmi bazalara elektron çıxışını təmin etmək məqsədilə yaradılmışdır.

Məruzəçi e-library.ru bazasının qiymətləndirilməsi barədə məlumat verərək bu prosesin tədqiqatın effektivliyi, nəşrin və tədqiqatçının fəallığının müəyyənləşdirilməsi ilə həyata keçirildiyini vurğuladı.

N.İsmayılova e-library.ru-da qeydiyyat qaydaları haqqında da əməkdaşları məlumatlandırdı. O, РИНЦ platformasında şəxsi məlumatları mütəmadi olaraq izləmək və redaktə etmək üçün qeydiyyatdan keçməyin zəruri olduğunu diqqətə çatdırdı.

Sonda institut əməkdaşlarının РИНЦ bazasında fəaliyyətinə dair müzakirələr aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR