Ən güclü prosessor təqdim edilib 09.02.2018    12:09 / Texnoloji yeniliklər

“Intel” şirkəti 14 modelin daxil olduğu “Xeon D-2100” prosessorlarının yeni istehsal xəttini təqdim edib. Seriya çipləri məlumatları rəqib modellərlə müqayisədə 8 faiz tez emal edir.

life.ru saytının məlumatında bildirilir ki, 14 nanometrlik texnoloji proses üzrə istehsal edilən prosessorlar “Intel Turbo Boost 2.0 Technology”, “Intel Hyper-Threading Technology” və “Intel Speed Shift Technology” texnologiyalarını dəstəkləyir. İstehsal xəttində böyük model tezlikləri 1600 MHs-dən 2200 MHs-dək artan 18 nüvəyə malikdir.

Çiplər ümumi operativ yaddaş tutumu 512 Gb-a bərabər “DDR4” kontrollerlərini, “PCI Express 3.0”, “SATA 3.0” və “USB 3.0” interfeyslərini dəstəkləyir. İstehsal xəttində ən ucuz prosessorun qiyməti 502 dollar, ən bahalı prosessorun (Xeon D-2191) qiyməti isə 2407 dollar təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

"Elm və İnnovasİya" verİLİŞİ
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR