Süni intellekt fotomüsabiqədə münsif olacaq 06.02.2018    12:02 / Maraqlı məlumatlar

Süni intellekt ilk dəfə olaraq, “Qrafik şəhər” mövzusu üzrə keçirilən fotomüsabiqədə münsiflər heyətinin üzvü kimi çıxış edəcək. Söhbət “EyeEm” startapı tərəfindən hazırlanmış təsvirlərin tanınması sistemindən gedir.

futurist.ru saytının məlumatına görə, “EyeEm” texnologiya startapının alqoritmləri başlanğıc mərhələdə təsvirin tanınması və teqlərin paylanması üçün istifadə olunurdu. Artıq sistem təsviri qiymətləndirə bilir və istifadəçilərə onların ən yaxşı şəkillərini seçməyə kömək edir. “EyeEm” alqoritmi bütün dünyada fotoşəkillərin qiymətləndirilməsi sistemi kimi tanınır.

Təşkilatçılar sistemin iştirakçıların işlərini daha yaxşı qiymətləndirməsi üçün fotoşəkillərdə xətt və əyriliklərin aydın vizuallaşdırılmasını xahiş edirlər. “The Graphic City” tədbiri xətlər və perspektivin əsas rol oynadığı şəhər minimalizminə yönəldiləcək.

Qeyd edək ki, “EyeEm” şəkilləri qiymətləndirə bilən yeganə süni intellekt deyil. Məsələn, “Google” bu yaxınlarda “NIMA”adlı neyron şəbəkəsini təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR