İnstitutun Həmkarlar komitəsinin sədri “Tərəqqi” medalı ilə təltif olunub 05.02.2018    02:32 / Mühüm hadisələr

Prezident İlham Əliyevin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə AMEA-nın Azad Həmkarlar İttifaqının sədr müavini, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar komitəsinin sədri Səyyar Abdullayev “Tərəqqi” medalı ilə təltif olunub.

Səyyar Həbib oğlu Abdullayev 1947-ci ildə anadan olmuşdur. 1974-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini bitirmişdir. 

S.Abdullayev İKT-nin tətbiqi və inkişafında səmərəliliyin artırılmasının elmi-nəzəri əsaslarını araşdırmışdır. Verilənlərin testləşdirilməsi, statistik və proqnoz xarakteristikalarını hesablamaq üçün modelin seçilməsi qaydalarını işləmişdir. Ətraf mühitin müxtəlif prosesləri və hadisələrinin tədqiqi üçün modellərin keyfiyyətinin artırılmasında səmərəlilik məsələlərini araşdırmışdır.

“Elmi fəaliyyətdə İKT-nin tətbiqi monitorinq informasiya sistemi”nin yaradılmasına rəhbərlik etmişdir. 

Səyyar Abdullayev 48 elmi məqalənin müəllifidir. Bunlardan 25-i xarici mətbuatda dərc edilmişdir. 

O, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası məclisinin və AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvüdür. 1982-ci ildən institutun həmkarlar təşkilatının sədr müavini, 1989-cu ildən bu günədək Həmkarlar komitəsinin sədri vəzifəsində çalışır.

2014-cü ilin iyul ayından AMEA Azad Həmkarlar İttifaqının sədr müavinidir.

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı, 2017-ci ildə institutun Fəxri Fərmanı ilə təltif olunub.

Hazırda institutda şöbə müdiri vəzifəsində çalışır.

İnstitut kollektivi adından S.Abdullayevi təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

"Elm və İnnovasİya" verİLİŞİ
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR