“Mobil hesablama buludları: mövcud vəziyyəti, inkişaf mərhələləri, problemləri və həlli yolları” adlı kitab işıq üzü görüb 05.02.2018    11:00 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun sektor müdiri Oqtay Ələkbərovun həmmüəllifi olduqları “Mobil hesablama buludları: mövcud vəziyyəti, inkişaf mərhələləri, problemləri və həlli yolları” adlı kitab nəşr olunub.Kitabın elmi redaktoru texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevdir.

Kitabda hesablama buludlarının mövcud vəziyyəti və inkişaf perspektivləri analiz edilib, mobil bulud texnologiyalarının arxitektur-texnoloji prinsipləri araşdırılıb. İyerarxik strukturlu mobil hesablama buludlarının ikinci səviyyəsində cloudletlər əsasında şəbəkə infrastrukturunun yaradılması məsələləri təhlil edilib. Mobil bulud texnologiyalarının elmi-nəzəri problemləri araşdırılıb və bu istiqamətdə elmi-tədqiqat işlərinin vəziyyəti analiz edilib. Mobil istifadəçilərin proqram əlavələrinin cloudletlərdə düzgün paylanması və resurslardan səmərəli istifadə edilməsi məsələlərinə baxılıb. Mobil hesablama buludlarında təhlükəsizlik məsələləri təhlil edilib, həmçinin bu hesablama buludlarında meydana çıxan problemlər tədqiq edilərək onların həlli istiqamətində tövsiyələr verilib.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunmuş kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu iş Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə yerinə yetirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR