AzScienceNet şəbəkəsinin imkanları genişləndiriləcək 01.02.2018    04:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti seminarı keçirildi.

İnstitutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin 2018-ci il üzrə fəaliyyət planı ilə bağlı çıxış etdi. Bildirdi ki, verilənlərin emalı mərkəzində yaddaş və hesablama resurslarının optimal paylanması üzrə metodların işlənilməsi, AzScienceNet-də mobil hesablama buludlarının, Enterprise Desktop Grid xidmətlərinin, o cümlədən verilənlərin emalı mərkəzində hesablama klasterlərinin yaradılması istiqamətində elmi-tədqiqat işləri bu il də davam etdiriləcək.

R.Ələkbərovun sözlərinə görə, İnternetin tənzimlənməsi və superkompüter texnologiyalarının mövcud vəziyyəti, inkişaf perspektivləri və problemlərinin öyrənilməsi, Mobil Bulud texnologiyalarında virtual resurslardan səmərəli  istifadə üçün metodların və alqoritmlərin işlənməsi, arxitektur-texnoloji prinsiplərinin tədqiqi və analizi, təhlükəsizlik və məxfilik məsələləri üzrə araşdırmalar aparılacaq. Həmçinin, verilənlərin emal mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması üçün metod və alqoritmlərin işlənməsi, Green Computing texnologiyalarının meydana çıxan problemləri və onların həlli yollarına dair tədqiqatlar yerinə yetiriləcək.

Məruzəçi AzScienceNet şəbəkəsinin infrastrukturunun inkişafı və istismarı ilə bağlı görüləcək işlər haqqında da məlumat verdi. O, AMEA qurumlarının AzScienceNet-ə fiberoptik əlaqə kanalları vasitəsilə qoşulması, AzScienceNet infrastrukturunun proqram təminatının yenilənməsi işlərinin davam etdiriləcəyini bildirdi. Qeyd etdi ki, AzScienceNet-in yaddaş və hesablama resurslarının artırılması, AzScienceNet şəbəkəsində “Mutlimedia Qalereyası” sisteminin, VoİP xidmətinin genişləndirilməsi və istismarı, virtual laboratoriya xidmətinin, akademiyanın qurumlarında Wi-Fi şəbəkəsi və Eduroam xidmətinin yaradılması, AzScienceNet şəbəkəsinə yeni server proqram təminatlarının qurulması işlərinin həyata keçirilməsi istiqamətində tədbirlər görüləcək.

R.ƏləkbərovAzScienceNet-də xidmətlərin təşkili işləri barədə də məlumat verdi. AzScienceNet şəbəkəsi üzərindən AMEA-nın Gəncə və Naxçıvan bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin təşkil edilməsi və istismarı, AMEA-nın Şəki və Lənkəran regional Elm Mərkəzləri üçün distant tədris xidmətinin təşkil edilməsi və istismarı məsələlərinin həyata keçiriləcəyini bildirdi.

Sonra AzScienceNet şəbəkəsinin beynəlxalq əməkdaşlıq münasibətlərinin genişləndirildiyini diqqətə çatdıran məruzəçinin sözlərinə görə, GEANT Assosasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə, GEANT Assosasiyası ilə əməkdaşlıq çərçivəsində aparılan işlər davam etdiriləcək.

Direktor müavini cari ildə şöbənin fəaliyyətində yeni simsiz şəbəkə texnologiyaları və onların inkişaf perspektivləri, sosial şəbəkə texnologiyalarının müasir vəziyyəti və problemlərinin araşdırılmasının nəzərdə tutulduğunu qeyd etdi.

O, həmçinin Duman texnologiyalarına dair (Fog Computing) mövcud yanaşmalar və tətbiqi sahələri, Yaşıl İT problemləri və onun həlli yolları, Blokçeyn texnologiyasının arxitekturası, inkişaf perspektivləri və tətbiq sahələri, Mail exchange korporativ elektron poçt sisteminin üstünlükləri ilə bağlı tədqiqatların da aparılacağını bildirdi.

Sonda şöbənin fəaliyyət planına dair müzakirələr aparıldı, bir sıra təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

"Elm və İnnovasİya" verİLİŞİ
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR