AMEA prezidenti magistrantların ingilis dili fənni üzrə imtahan prosesi ilə tanış oldu 12.01.2018    04:56 / Mühüm hadisələr

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2017/2018-ci tədris ilində AMEA-nın magistratura pilləsinə qəbul olan I kurs magistrantların ingilis dili fənni üzrə bilik səviyyəsinin yoxlanılması məqsədilə imtahan keçirildi. AMEA prezidenti, akademik Akif Əlizadə ilk semestrin yekunu olaraq, 4 qrup üzrə keçirilən sessiya imtahanının gedişatı ilə tanış oldu. İmtahanda akademiyanın 17 institut və təşkilatından 12 ixtisas üzrə təhsil alan 67 magistrant iştirak edirdi.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov magistrantlara ümumi fənlər üzrə nəzəri və praktiki dərslərin peşəkar müəllimlər tərəfindən yüksək səviyyədə tədris edildiyini nəzərə çatdırdı. Onun sözlərinə görə, magistrantlara ingilis dili fənninin tədrisi IELTS proqramına uyğun olaraq hazırlanıb ki, bu da gələcəkdə doktoranturaya qəbul olunmaqla və ya xaricdə təhsil alaraq elmi fəaliyyətini davam etdirmək istəyən magistrantların hazırlıq səviyyələrini yüksəltmək məqsədini daşıyır. 

Akademik Akif Əlizadə institutda həyata keçirilən layihələri, magistrantlar üçün yaradılmış innovativ şəraiti yüksək qiymətləndirərək magistrantları elmi mühitdən yararlanmağa səslədi, onlara elmi fəaliyyətlərində hər zaman dəstək göstərməyə hazır olduğunu bildirdi. Alim onların gələcəkdə AMEA-nın yüksəkixtisaslı, peşəkar kadrlarına çevriləcəyinə əminliyini ifadə etdi.

Qeyd edək ki, AMEA-nın prezidenti Akif Əlizadənin 20 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən, bu qurumun magistrantları üçün qış imtahan sessiyası 29 dekabr 2017-ci il – 2 fevral 2018-ci il tarixlərinədək keçirilir. Sessiya müddətində AMEA-nın magistraturasında ümumilikdə 317 fənn üzrə imtahan keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR