“Microsoft” insanın immun sisteminin “xəritəsini” hazırlayacaq 09.01.2018    11:00 / Maraqlı məlumatlar

İnsanın immun sisteminin ətraflı “xəritəsini” təşkil etməyi planlaşdıran “Microsoft” şirkəti “Adaptive Diotechnologies” startapını alıb. “Xəritənin” köməyi ilə orqanizmdə baş verən bütün qeyri-normal dəyişiklikləri görmək və fiksasiya etmək mümkün olacaq. Bu, həkimlərə maksimal dəqiq diaqnoz qoymağa imkan verəcək.

Genomun sıralanması və bioinformatika ilə məşğul olan “Adaptive Biotechnologies” şirkəti öz tədqiqatlarını yeni səviyyəyə qaldırmaq üçün “Microsoft” ilə səylərini birləşdirib.

hi-news.ru saytının məlumatına görə, hər iki şirkətin mütəxəssisləri artıq insanın immun sistemini dərindən anlamağa kömək edə biləcək texnologiyaların konsepsiyasının hazırlanması üzərində işləməyə başlayıblar. Onlar iddia edirlər ki, “hər immun hüceyrəsi öyrəniləcək”. İnsan orqanizmində T-hüceyrələrinin əlaqəsini müəyyən edən, bu hüceyrələr və müxtəlif xəstəliklər arasında qarşılıqlı əlaqəni aşkar edən xüsusi süni intellekt alqoritmi əldə olunmuş məlumatları öyrənəcək. Bundan sonra isə, alim və həkimlərin öyrənə biləcəyi “xəritə” hazırlanacaq.

Gələcəkdə bu “xəritə” qanın erkən mərhələlərdə bütün patologiyalarını aşkar etməyə kömək edəcək universal analizini yaratmağa imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR