İlon Mask kimdir? 09.01.2018    10:37 / Maraqlı məlumatlar

İlon Riv Mask (Elon Reeve Musk) – dünya şöhrətli sahibkar, ixtiraçı, biznes-maqnatı, nəhəng innovativ layihələrin investoru.

uznayvse.ru saytının məlumatına görə, “SpaceX”, “Tesla Motors” şirkətlərinin yaradıcısı və rəhbəri, “SolarCity” və “PayPal”un yaradıcılarından biri olan İ.Mask alternativ energetika və ekonomik günəş elektrostansiyaları texnologiyalarının hazırlanmasında fəal iştirak etmişdir. Həmçinin “OpenAI” tədqiqat şirkəti və Hyperloop konseptual yüksək sürətli nəqliyyat sisteminin yaradılması, kosmik gəmilərin layihələndirilməsi kimi məsələlərlə məşğul olmuşdur.

Bu dahi insan zəhmətsevərlik, kritik düşüncə, hadisələrin və şəxsi addımların dəqiq təhlili, inadkarlıq kimi yüksək keyfiyyətlərə malikdir. Bildirilir ki, ilk zamanlar İ.Mask həftə ərzində 100 saata kimi işləyirdi.

Maskın uşaqlığı

Mask 1971-ci il iyunun 28-də Cənubi Afrikanın Pretoriya şəhərində mühəndis ailəsində dünyaya göz açıb.

9 yaşında o, ilk dəfə olaraq Commodore VIC-20 kompüterinə sahib olub. Həmin yaşlarda proqramların yazılması ilə maraqlanaraq, proqramlaşdırma dillərini öyrənib. 12 yaşında isə Mask özü şuter videooyununu yaradıb və 500 dollara satıb. İlk qonorarını səhmlərinə yatıran İlon tezliklə onları daha baha qiymətə satmağa nail olub. Bundan sonra o, öz xəyallarını gerçəkləşdirərək başqa qitəyə köçüb.

Maskın tərcümeyi halında vacib məqamlardan biri də onun uğur tarixinin əsasını qoyan, 18 yaşında Cənubi Afrikadan ABŞ-a köçmək haqqında verdiyi qərar olub. Lakin o, öncə Kanadanın qonşuluğunda yerləşən, anasının valideynlərinin yaşadığı Monreala köçüb və burada vətəndaşlıq alıb.

Təhsili

1990-cı ildə bu ambisiyalı gənc dünyanın və ölkənin ən nüfuzlu universitetlərindən biri olan, Kinqstonda yerləşən Kuins Universitetinə daxil olub. 2 il sonra isə ABŞ-a köçərək öz təhsilini Pensilvaniya Universitetində davam etdirib.  Ali məktəbi bitirdikdən sonra o, həm fizika, həm də iqtisadiyyat üzrə bakalavr diplomuna sahib olub. Sonra fizika üzrə doktorluq dərəcəsi almaq məqsədilə ABŞ-ın Stenford Universitetinin aspiranturasına daxil olan bu qeyri-adi gənc təhsilini yarımçıq qoyaraq sahibkarlıqla məşğul olmağa qərar verib.

Kariyeranın başlanğıcı

1995-ci ildə Mask öz qardaşı Kimbel İlon ilə əməkdaşlıq çərçivəsində veb-resursların dəstəklənməsi və xəbər kontentinin nəşri üçün proqramların hazırlanması üzrə ixtisaslaşmış ilk İT şirkətin – “Zip2”nin əsasını qoyub.  Mask icarəyə götürdüyü ofisdə səhərdən axşamadək işləyirdi.

Onun inadkarlığı və cəsarəti öz bəhrəsini verdi. 1999-cu ildə İnternet bumunun yaşandığı bir dövrdə o, qardaşı ilə birgə öz startaplarını AltaVista axtarış sisteminə rekord məbləğə – 307 milyon dollara satdı.  Vergi və digər xərcləri ödədikdən sonra İlon yerdə qalan 20 milyon dolları McLaren F1 idman avtomobili və 12 yerli Dassault 900 təyyarəsinin alınmasına xərclədi.

İlon Mask və PayPal

İlonun növbəti İnternet-layihəsi 1999-cu ildə təsis edilmiş X.com startapı oldu. 1 il sonra o, rəqabətdə olduğu “Confinity” şirkəti ilə birləşdi. 2001-ci ildə X.com “PayPal” adlanmağa başladı. Onlar perspektivli elektron ödəmə sisteminin üzərində işlədilər, nəticədə müasir dövrün ən tanınmış sistemlərindən olan “PayPal” yarandı.

2002-ci ildə “eBay” sisteminin 1,5 milyard dollara satın alınması İlonun uğurlarının məntiqi nəticəsi idi. Həmin dövrdə onun səhmlərinin bazar payı 180 milyon dollar təşkil edirdi.  Artıq Maskın günəş enerjisi və kosmosla bağlı planlarını həyata keçirmək üçün kifayət qədər vəsaiti var idi.

İlon Mask və Tesla

2004-cü ildə milyarder iki ixtiraçının əsasını qoyduğu “Tesla Motors” şirkətinə qoşuldu.  O,  Tesla Roadster idman avtomobilinin hazırlanmasına cəlb edilmişdi. İlonun təşəbbüsü ilə avtomobilə yeni dizayn elementləri tətbiq olunmuş, modelin çəkisi əhəmiyyətli dərəcədə minimallaşdırılmış, batareyalar bölməsi təkmilləşdirilmişdi. İlon bu fəaliyyətinə görə, ekologiya sahəsində “Global Green-2006” mükafatına layiq görülmüşdü.

İlon Mask – bu gün

Mars planetinin fəth edilməsini arzu edən filantrop İ.Mask 2012-ci ildə ilk dəfə yeni nəqliyyat tipinin yaradılması haqqında planlarını elan etdi. Bu, ənənəvi təyyarələrdən daha sürətli olan Hyperloop nəqliyyat sistemi idi. Boru şəklində magistraldan istifadə əsasında yaradılmış sistem  20 metrlik hündürlükdə quraşdırılıb. O, günəş enerjisindən qidalana və sərnişinləri lazım olan məkana istənilən vaxtda, rahat şəkildə, təhlükəsiz çatdırmaq qabiliyyətinə malikdir.

5 mil ölçüsündə olan trekin tikilişinə 2016-cı ilin əvvəllərində başlanılıb. Bu texnologiyanın sayəsində Los-Anceles və San-Fransisko arasındakı 600 kilometrlik məsafəni 30 dəqiqəyə qət etmək mümkün olacaq.  

2016-cı ilin yanvarında ixtiraçı maksimum 3 il ərzində elektrik avtomobilini yaratmağı planlaşdırdığını demişdi. Çox keçmədən, 2017-ci ilin noyabrında ictimaiyyətə təqdim edilən bu avtomobil Los-Ancelesdən Nyu-Yorka qədər olan 4 min kilometr məsafənin öhdəsindən sürücüsüz gələ bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR