Şəffaf sensor ekran rəqəmsal kontenti idarə etməyə imkan verəcək 08.01.2018    09:17 / Texnoloji yeniliklər

“Touch Innovation” şirkəti rəqəmsal videotəsvirlərin nümayişi üçün nəzərdə tutulmuş şəffaf sensor ekranı təqdim edib. O, MIDI-proqramların (Musical Instrument Digital Interface – musiqi alətlərinin rəqəmsal interfeysi) idarə edilməsi üçün çoxfunksiyalı “Emulator 2” proqram təminatı ilə təchiz edilib.

techcult.ru saytının məlumatına görə, şüşə korpusun davamı olan mail şəffaf ekran qurğunun əsasını təşkil edən proyektorun köməyilə 39 düymlük diaqonal üzrə yüksələn proyeksiyanı təmin edir. Ekran istənilən digər sensor ekran sistemindən daha parlaq işıqlanır. Proyeksiya sistemi eyni zamanda 10 toxunma nöqtəsini qeydə ala bilir.

“XG” 39 düymlük diaqonallı sensor ekran 2 versiyada hazırlanıb: inteqrasiya edilmiş kompüterlə və kompütersiz. “XG Pro”nun qiyməti 6895 dollar təşkil edir. “XG Life” qurğusunu isə 5999 dollara əldə etmək mümkündür. Qadcetin yanvarın sonunda satışa çıxarılacağı planlaşdırılır. İstehsalçıların fikrincə, “XG” xüsusilə diceylərin marağına səbəb olacaq. O, həmçinin muzeylər, nümayiş zalları, ticarət mərkəzləri və mehmanxanalarda öz tətbiqini tapacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR