“Yırtıcı” jurnallardan qorunmağın yolları araşdırılıb 07.12.2017    11:38 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 12 saylı şöbənin növbəti elmi seminarı keçirilib. Seminarda “Yırtıcı” jurnallardan qorunmağın yolları”, “Sosial mediada milli informasiya təhlükəsizliyinə təhdidlərin aşkarlanması üçün yanaşma”, “İnformasiya təhlükəsizliyi üzrə aparılan tədqiqatların bibliometrik analizi (2007-2016-cı illər)” adlı məruzələr dinlənilib.

“Yırtıcı” jurnallardan qorunmağın yolları” mövzusunda çıxış edən institutun əməkdaşı Rəhilə Həsənova beynəlxalq elmi jurnallarda məqalə çapı ilə bağlı mövcud problemlərdən söz açıb. O, elmi jurnal seçərkən diqqət yetiriləcək əsas məqamlar,  son illər ərzində istifadə olunan kibercinayətkarlığın yeni aləti olan “yırtıcı” və “oğurlanmış” jurnallar haqqında məlumat verib, “yırtıcı” jurnalların tələsinə düşməmək üçün onların əvvəlcədən aşkarlanması meyarlarını diqqətə çatdırıb.

Sonra istitututun əməkdaşı Nərgiz İsmayılova “Sosial mediada milli informasiya təhlükəsizliyinə təhdidlərin aşkarlanması üçün yanaşma” adlı məruzəni təqdim edib. O, sosial mediada dövlət əleyhinə və milli informasiya təhlükəsizliyinə qarşı təhdidlər, kibercinayətkarlıq və terrorist qruplarının bədniyyətli fəaliyyətlərinin aşkarlanması üçün texnologiyaların analiz edildiyini, yeni yanaşmanın təklif olunduğunu bildirib.

Daha sonra institutun Gənc alim və mütəxəssislər şurasının sədri Nərmin Adıgözəlova “İnformasiya təhlükəsizliyi üzrə aparılan tədqiqatların bibliometrik analizi” mövzusunda çıxış edib. O, 2007-2016-cı illər ərzində informasiya təhlükəsizliyi sahəsində dərc olunan elmi əsərlər və istinadların dinamikasının analiz edildiyini bildirib. Hazırda informasiya təhlükəsizliyinin kompüter elmləri sahəsində aktual elmi istiqamətlərdən biri olduğunu vurğulayan məruzəçi “Web of Science” elmi bazasında indeksləşən informasiya təhlükəsizliyi sahəsindəki əsərlərin bibliometrik təhlilinin aparıldığını qeyd edib. Məruzəçinin sözlərinə görə, analizin nəticələri bu sahədə çap olunan əsərlərin və istinadların sayında, eləcə də, jurnalların İF qiymətlərində artımın müşahidə olunduğunu göstərir.

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR