AMEA-nın nümayəndə heyəti Əlcəzairdə rəsmi səfərdədir 30.11.2017    02:30 / Mühüm hadisələr

AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Əlcəzair Xalq Demokratik Respublikasında rəsmi səfərdədir. Səfərdə AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev də iştirak edir.

27-30 noyabr 2017-ci il tarixlərdə baş tutan səfər çərçivəsində akademik Akif Əlizadə Əlcəzair Respublikasının baş naziri cənab Əhməd Ouyaxiya, Əlcəzair Respublikasının Ali Təhsil və Elmi Tədqiqatlar naziri cənab Taxar Hədcər, Əlcəzair Elm və Texnologiya Akademiyasının prezidenti, prof. xanım Malikə Allab-Yaker, Elm və Texnologiya Universitetinin rektoru, professor Səidi Mühəmmədi və həmin universitetin müəllim heyəti ilə görüşüb.

Görüşlərdə Azərbaycanda elm, təhsil və yüksək texnologiyalar sahəsində dövlət siyasəti, AMEA-da həyata keçirilən layihələr və aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verilib.

Tərəflər arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Avropa Birliyinin “Erasmus”, “Horizon-2020” və digər beynəlxalq proqramları üzrə birgə layihələrin həyata keçirilməsi qərara alınıb.

Həmçinin riyaziyyat, fizika, seysmologiya, qədim əlyazmaların tədqiqi, informasiya texnologiyaları və bir sıra digər elm sahələrinin prioritet istiqamətləri müzakirə edilib.

Elm və Texnologiya Universitetinin rektoru, professor Səidi Məhəmmədi və həmin ali məktəbin professor heyətilə görüşdə akademik A.Əlizadə gənc yüksəkixtisaslı kadrların hazırlanması, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi məqsədilə AMEA-da təşkil olunmuş magistratura pilləsi haqqında məlumat verib. O, Əlcəzairin Elm və Texnologiya Universiteti və AMEA arasında doktorant və gənc magistrantların mübadiləsinin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib. AMEA nümayəndə heyəti, həmçinin Əlcəzairin Yüksək Texnologiyaların İnkişaf Mərkəzi və paraseysmik tədqiqatlar laboratoriyası ilə tanış olub.

Səfər çərçivəsində AMEA və Əlcəzair Elm və Texnologiya Akademiyası arasında elmi və texnoloji əlaqələrin təşkili və genişləndirilməsini nəzərdə tutan memorandum imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR