2023-cü ildə 1 milyard insan 5G texnologiyasından istifadə edəcək 30.11.2017    02:00 / Maraqlı məlumatlar

“Ericsson Mobility Report”un bu yaxınlarda təqdim etdiyi hesabata əsasən, 6 il sonra 1 milyard insan 5G texnologiyasından istifadə edəcək. “LTE” şəbəkəsinin əhatə dairəsi isə 85%-ə yaxınlaşacaq.

hightech.fm saytının məlumatına görə, öncə daha sıx məskunlaşmış şəhər və rayonlarda tətbiq ediləcək texnologiya 2023-cü ilin sonunadək dünya əhalisinin 20%-i tərəfindən istifadə ediləcək. 2019-cu ildə isə 5G texnologiyasına əsaslanan ilk kommersiya şəbəkələri əlçatan olacaq, 2020-ci ildən isə sözügedən texnologiya geniş yayılacaq. İlk olaraq ABŞ, Cənubi Koreya, Yaponiya və Çin sakinləri bu rabitə protokolunun üstünlüklərindən istifadə edə biləcəklər.

Proqnozlara görə, həmin dövrdə mobil məlumatların trafiki 8 dəfə artacaq və 2023-cü ilədək ayda 110 eksebayta yaxınlaşacaq. Bu, HD formatında 5,5 milyon il videoyayım deməkdir. Trafik artımı bütün regionlarda nəzərə çarpacaq. Lakin Şimali Amerikada 2017-ci ilin sonunadək smartfonda aylıq orta göstərici 7 Gb-ı ötəcək.

Mobil trafikin həcminin yüksəlməsi video istehlakını artırmağa davam edir. Video formatı yeni texnologiyalarla (məsələn, 360 dərəcəlik baxış) vəhdətdə sərf edilən məlumatların həcmini bir neçə dəfə artıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR