Robot Sofiya “Ümumdünya süni intellekt” üçün vəsait toplayır 30.11.2017    10:29 / Maraqlı məlumatlar

Son zamanlar xüsusi populyarlıq qazanan Humanoid Sofiya “Ümumdünya süni intellekt”in yaradılması üçün vəsait toplayır. Robot hər kəsi açıq süni intellekt platforması yaradan “SingularityNET” layihəsinə sərmayə qoymağa səsləyib. İnvestorlar tərəfindən əldə edilmiş tokenlərlə “Ümumdünya süni intellekt” meydançasında xidmətlər və məhsulları almaq mümkün olacaq.

hightech.fm saytının məlumatında bildirilir ki, şirkət “qlobal beyin” – süni intellekt alqoritmləri və hesablama gücündən istehsalçılar və şirkətlərin müxtəlif problemlərini həll edə biləcək sistem yaratmaq niyyətindədir. Əlaqədar müştərilər tokenlər ödəməklə, qlobal süni intellektin gücündən istifadə edə biləcəklər. Gəlir əldə etmək istəyən istehsalçılar öz həllərini ümumi kitabxanaya əlavə etməyə çalışacaqlar. Sistem süni intellekt nəhənglərinin hakimiyyətindən azad və açıq olacaq. Planlara əsasən, istehsalçılar onun inkişafında maraqlı olacaqlar. Beləliklə, blokçeyn əsasında xüsusi süni intellekt platforması meydana çıxacaq.

Layihənin ideyası robot texnikası üzrə mütəxəssis və tanınmış süni intellekt istehsalçısı Ben Qerselə aiddir. O, süni intellekt bazarında oliqopoliyanı (bu kimi bazarlarda sadəcə bir neçə dominant (üstün) şirkət fəaliyyət göstərir) məhv etmək istəyir. “SingularityNET”in hədəfi süni intellekt üçün desentralizasiya olunmuş şəbəkənin yaradılmasıdır. Onun hüceyrələrinin hər birində bir alqoritm olacaq və bütün şəbəkənin arxasında ondan öz ehtiyacları üçün istifadə edən korporasiyalar və ya hökumətlər dayanmayacaq.

Layihə müəllifinin fikrincə, süni intellekt ən yaxşı beyinləri satın alan böyük korporasiyalara aid olmamalıdır. Süni intellektin arxasında insanlar olmalıdır. Yalnız belə süni intellekt cəmiyyət üçün faydalı və şəffaf olacaq. İnsan şüuru səviyyəsində alqoritm korporasiya tərəfindən yaradılarsa, o, ilk növbədə əhalidən əlavə gəlirin əldə edilməsi üçün istifadə ediləcək. Hökumət isə təbii olaraq, ondan vətəndaşların izlənilməsi üçün istifadə edəcək.

Bu platformada böyük şirkətlərlə yanaşı, xırda istehsalçılar da öz xidmətlərini təklif edə biləcəklər. Qersel bildirib ki, blokçeyn sağlam rəqabəti təmin edə və süni intellektin sonrakı inkişafına təkan verə biləcək. Əvvəlcə kompüter görməsi alqoritmləri və ya səsin tanınması kimi sadə həllər meydana çıxacaq. Lakin gələcəkdə platforma istehsalçılara özlərini inkişaf etdirməkdə kömək edəcək. Desentralizasiya olunmuş platformada dövlət və ya hər hansı bir şirkət prosesə nəzarət edə və onu dəyişdirə bilməyəcək. Məhsulları həqiqətən yaxşı olan proqramçılar heç bir maneə olmadan gəlir əldə edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR