“SpotMini” robotunun yeni versiyası təqdim edilib 29.11.2017    02:00 / Maraqlı məlumatlar

ABŞ-ın tanınmış “Boston Dynamics” şirkəti “SpotMini” robotunun yeni, təkmilləşdirilmiş versiyasını təqdim edib.

Yaponiyanın “SoftBank” telekommunikasiya korporasiyasına aid olan ABŞ-ın “Boston Dynamics” şirkəti vaxtaşırı robotların yeni versiyalarını təqdim etməklə öz fəaliyyətinə diqqət cəlb edir.  Kiçik, dördayaqlı “SpotMini” robotu ilk dəfə 2016-cı ildə təqdim olunmuşdur. O, 2015-ci ildə nümayiş etdirilmiş “Spot” robotunun təkmilləşdirilmiş versiyası idi. “SpotMini” əl-manipulyatorunun köməyi ilə sadə məişət məsələlərini yerinə yetirə bilirdi.

Şirkət bu yaxınlarda “SpotMini”nin yeni versiyasını təqdim edib. Parlaq sarı rəngə rənglənmiş robot öz sələflərinin daha təkmilləşdirilmiş versiyasıdır. Konstruksiya və mexanizmlərin daxili elementlərini dekorativ panellər örtür. Yeni robotun hərəkətləri daha səlis və mükəmməldir.

naked-science.ru saytının məlumatına görə, yeni nəsil robotun imkanları haqqında hələ ki, geniş məlumat verilməyib.

Qeyd edək ki, “Boston Dynamics” şirkətinin əsası 1992-ci ildə Massaçusets Texnologiya İnstitutunun robot texnikası üzrə mühəndislər qrupu əsasında mütəxəssis Mark Raybert tərəfindən qoyulmuşdur. Şirkətin sifarişçilərindən biri də müdafiə-tədqiqat şirkəti “DARPA” olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR