İnstitut əməkdaşının məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub 29.11.2017    12:05 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “The Ways of Increasing Quality of Human Recognition in Biometric Network Environment” (“Biometrik şəbəkə mühitində insanın tanınmasının keyfiyyətinin artırılması üsulları”)  adlı məqaləsi ABŞ-ın “International Journal of Intelligent Information Systems” beynəlxalq elmi jurnalında dərc olunub.

Məqalədə biometrik texnologiyalar haqqında məlumat verilmişdir. Biometrik şəbəkə mühitində vahid platforma əsasında verilənlər bazasından istifadənin üstünlükləri göstərilmiş, biometrik şəbəkədə təhlükəsizliyin təmin edilməsi yolları aydınlaşdırılmışdır.  Həmçinin biometrik şəbəkə mühitində insanın tanınmasının keyfiyyətinin artırılması üsulları analiz edilmiş və yeni model təklif edilmişdir. 

Qeyd edək ki, “International Journal of Intelligent Information Systems” jurnalı “Science Publishing Group” beynəlxalq akademik nəşriyyatına daxildir. Jurnal “WorldCat”, “Cross ref”, “Universal İmpact Factor”, “AcademicKeys”, “JournalSeek” və s. kimi nüfuzlu elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR