Robot-bənna milyonçu olub 28.11.2017    10:00 / Maraqlı məlumatlar

Bir il əvvəl “Fastbrick Robotics” şirkəti “Hadrian X” adlı yeni robot-bənna haqqında məlumat verdiyi nümayiş videosunu təqdim etmişdi. Robotun iş prinsipi 3D-printeri xatırladır, lakin robot çap üçün xüsusi qarışığın əvəzinə öncədən verilmiş proqram vasitəsilə bir-birinin ardınca çap etdiyi kərpiclərdən istifadə edir. Qurğu kifayət qədər uğur qazanıb və ötən il ərzində şirkətə vəsait ayırmış sifarişçi və investorların diqqətini cəlb edib. Bundan başqa, şirkət birjada öz səhmlərini yerləşdirərək təxminən 35 milyon dollar toplaya bilib.

hi-news.ru saytının məlumatına görə, robot-bənnanı artıq Səudiyyə Ərəbistanında evlərin tikintisi üçün istifadə etməyi planlaşdırırlar. Krallıq hökuməti və şirkət nümayəndələri arasında ilkin razılığa əsasən, 2022-ci ilə “Hadrian X”ən azı 50 min yeni ev tikə biləcək.

Hazırda istehsalçılar mövcud prototiplərin sınaqdan keçirilməsi və tamamlaması işlərinə diqqət ayırırlar. Güman olunur ki, bir ədədi 2 milyon dollar dəyərində olan robotların satışına 2019-cu ildə başlanılacaq. “Hadrian X” öncədən verilmiş proqram üzrə müstəqil işləmək imkanına malikdir, buna görə də ona insanın köməyi tələb olunmur. 24 saat işləyən robot saatda 1000 kərpic düzəcək ki, bu da 2 nəfərdən ibarət bənna briqadası üçün günlük normanı təşkil edir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR