Yaponiyada “kosmik zibil”in izlənilməsi üçün radar istifadəyə veriləcək 14.11.2017    10:37 / Maraqlı məlumatlar

Yaponiya Müdafiə Nazirliyi 2023-cü ildə ölkədə ilk dəfə olaraq Yer kürəsinin orbitində “kosmik zibil”i müşahidə etmək üçün xüsusi olaraq nəzərdə tutulmuş radarı quraşdırmağı planlaşdırır.

tass.ru saytının məlumatına görə,  radar toqquşma təhlükəsi yaranan zaman Yaponiya peyklərinin orbitlərinə düzəlişlər etmək məqsədilə onların yaxınlığındakı qırıntıların hərəkəti haqqında operativ informasiyanı əldə edəcək.

Bildirilir ki, Yaponiya Müdafiə Nazirliyi bu məqsədlə təxminən 4,4 milyard yen (38 milyon dollar) sərf etməyi planlaşdırır. Lazımi məbləğin 2018-ci maliyyə ili üçün dövlət büdcəsindən ayrılacağı gözlənilir.  

Hazırda orbitdə çəkisi 5 min ton ağırlığında 300-ə yaxın “kosmik zibil” obyekti var. Mütəxəssislər onların toqquşacağı təqdirdə kaskad effektinin baş verməsi nəticəsində “zibil”in çoxalacağından və onun orbitdə fəaliyyət göstərən aparatlar üçün böyük təhlükə yaradacağından ehtiyat edirlər.

Mütəxəssislər qeyd edirlər ki, son 30 ildə “kosmik zibil” dəfələrlə çoxaldığından onun təmizlənməsi problemi də vüsət alıb. Bu səbəbdən dünya ölkələrində problemin həlli üçün müxtəlif variantlar təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.  

17 noyabr – Azərbaycanın Mİllİ Dİrçəlİş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR