Su və havadan 3D-obyektlər çap etmək mümkün olacaq 03.11.2017    06:00 / Maraqlı məlumatlar

Rusiyalı alimlər sellüloz əsaslı ucuz təbii materiallardan istifadə edən 3D-çap texnologiyası hazırlayıblar. Yeni texnologiya əsasında ətraf mühiti çirkləndirmədən faktiki olaraq, su və havadan 3D-obyektlər çap etmək mümkün olacaq.

nanonewsnet.ru saytının məlumatına görə, üçölçülü çap qısa müddət ərzində rəqəmsal kompüter modellərindən istənilən mürəkkəb struktura malik məmulatlar yaratmağa imkan verir. Rusiya Elmlər Akademiyasının N.D.Zelinski adına Üzvi Kimya İnstitutunun tədqiqatçıları 3D-çap prosesini ucuz və ekoloji cəhətdən təmiz həyata keçirməyə imkan verən unikal materialı (PEF – polyethylene-2,5-furandicarboxylate) sintezləşdiriblər. Bu materialın özəlliyi onun ən perspektivli bərpa olunan resurslar kateqoriyasına aid olan təbii sellüloz maddəsindən alınmasıdır. Sellüloz atmosferdə qeyri-məhdud miqdarda olan su və karbon qazından sintezləşdirilir. Bu reaksiya üçün enerji mənbəyi Günəş işığıdır.

Tədqiqat nəticəsində məlum olub ki, əldə edilmiş polimer yüksək möhkəmliyə malikdir. O, oksidləşmir, kimyəvi həlledicilərin təsirinə dayanıqlıdır və təbii mühitdə parçalanmır. Bundan başqa, ondan dəfələrlə istifadə etmək olar. Belə polimerdən hazırlanmış məmulatlar kifayət qədər uzunömürlü olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 noyabr – Azərbaycanın Mİllİ Dİrçəlİş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR