Məlumatların saxlanılmasının unikal metodu hazırlanıb 02.11.2017    02:23 / Texnoloji yeniliklər

Vaşinqton Universitetinin alimləri qeyri-adi informasiya daşıyıcısı – məlumatları bilavasitə paltara “köçürməyə” imkan verəcək “ağıllı” parça yaradıblar.

news.rambler.ru saytının məlumatına görə, perspektivli layihə texnologiya dünyasında çevriliş edə bilər. Çünki artıq informasiyanı saplarda saxlamaq mümkündür. Bu, məsələn, şəxsiyyətin təsdiq edilməsi üçün əlavə qadcet və qurğuların tətbiqinin tələb olunduğu zonalara giriş üçün lazım ola bilər. Yeni metod oktyabrın 25-də keçirilən elmi simpoziumda təqdim edilib. “Sap”ın bu xüsusiyyətləri hələ 2 il əvvəl kəşf edilsə də, texnologiya yalnız indi nəzəriyyədən təcrübəyə çevrilə bilib.

Vaşinqton Universitetinin professoru, layihənin rəhbəri Şyam Qollakotanın sözlərinə görə, bu üsul informasiyanın hesablanması metodlarını dəfələrlə ucuzlaşdırmağa imkan verəcək. Bunun üçün yalnız qiyməti çox da yüksək olmayan sadə maqnitometr lazım olacaq. Bu qurğu praktik olaraq, hər bir yeni smartfonda var.

Alimlər “ağıllı” parçadan başqa, məlumatları saxlaya biləcək düymə və digər aksessuarların da hazırlanmasını planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 noyabr – Azərbaycanın Mİllİ Dİrçəlİş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR