Elektron təhsil mühitinin idarə edilməsi məsələsi araşdırılır 01.11.2017    04:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev rəhbərlik etdiyi şöbənin 2017-ci il üçün illik hesabatını təqdim etdi. 

Şöbədə aparılan elmi-tədqiqat işləri haqqında məlumat verən məruzəçi informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi istiqamətində “Elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə tədqiqatların aparıldığını diqqətə çatdırdı. Xarici ölkələrin aparıcı universitetlərində elektron tədris texnologiyalarının mövcud vəziyyətinin müqayisəli analiz edildiyini, Bulud texnologiyasının tətbiqi vasitəsi ilə təhsil kontentlərinin formalaşması məsələlərinin araşdırıldığını bildirdi.

O, həmçinin “Təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modelinin işlənməsi” mövzusu üzrə aparılan araşdırmalar barədə danışdı. Bu istiqamətdə İKT ixtisasları üzrə tədris proqramlarının optimal seçilməsində data mining metodlarının tətbiq olunduğunu diqqətə çatdırdı.

Şöbənin elmi-pedaqoji fəaliyyəti barədə də məlumat verən məruzəçi cari ildə Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara “İnformatika” fənninin tədris olunduğunu, mühazirələrin rus dilinə tərcümə edildiyini, biliklərin sertifikatlaşdırılması üçün  tələbələrin imtahan prosesinə cəlb olunduğunu söylədi. O, həmçinin İnformatika kursu üzrə distant tədrisin həyata keçirildiyini vurğuladı.

F.Ağayev şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak etdiyini və 5 konfrans materialının nəşr olunduğunu, tanınmış elmi jurnallarda isə 4 məqalənin dərc edildiyini diqqətə çatdırdı.

Şöbə müdiri beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açaraq hesabat ili ərzində Tatarıstan Elmlər Akademiyası İnformatika Problemləri İnstitutu ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etdi.

Sonda məruzəçi şöbənin elmi-təşkilati və elmi-innovasiya fəaliyyəti, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə əlaqədar yerinə yetirilmiş işləri haqqında danışdı.

Şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.   

17 noyabr – Azərbaycanın Mİllİ Dİrçəlİş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR