“Nobel mükafatı texnologiyalar sahəsinə də aid edilməlidir” 09.10.2017    03:50 / Maraqlı məlumatlar

Cari ilin oktyabr ayının əvvəllərində 2017-ci il üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı. Dünya ictimaiyyətinin bütün diqqətinin Nobel mükafatı laureatlarına yönəldiyi bir vaxtda “Quartz” nəşri dünyanın ən nüfuzlu mükafatının texnologiyalar sahəsinə də aid edilməsinin vacibliyini gündəmə gətirdi.

İsveç ixtiraçısı Alfred Nobel yüz ildən çoxdur ki, mükafatı təsis edib. O, bütün sərvətinin mükafatın yaradılması üçün sərf olunmasını vəsiyyət edib. “İnvestisiyalardan gələn gəlir, onu hər il, əvvəlki il ərzində bəşəriyyətə daha böyük fayda gətirənlər arasında mükafat şəklində paylayacaq fonda aid olmalıdır”, deyə Nobel öz vəsiyyətində yazmışdı. Alim mükafatın verilməli olduğu kateqoriyaları da qeyd etmişdi: fizika, kimya, ədəbiyyat, fiziologiya və ya tibb, həmçinin sülh mükafatı. 1968-ci ildə bu siyahıya iqtisadiyyat da əlavə edildi.

Lakin Nobelin ölümündən sonra, 118 il ərzində dünya tamamilə dəyişdi. Sənaye dövrü başa çatdı və informasiyalaşdırma erası başladı. Dünya əhalisinin yarısı şəhərlərə köçdü, parnik effekti yüksək səviyyəyə nail oldu, mobil telefonlar isə dünyada ən məşhur texnologiya oldu. Hazırda 4 milyard insanın İnternetə çıxışı var, informasiya axını isə iqtisadiyyatın inkişafına sənaye mallarından daha güclü təsir edir. Bütün bu dəyişikliklər texnologiyalar sayəsində baş versə də, hələ də bu sahə üzrə Nobel mükafatı verilmir. Nikola Tesla və Tomas Edison kimi bəşəriyyətin inkişaf vektorunu həmişəlik dəyişdirən dahilərə belə bu mükafat təqdim edilməyib.

İxtiraçılar yalnız fizika kateqoriyasında Nobel mükafatı laureatı olmağa müvəffəq ola biliblər. Məsələn, radioötürücü ixtirasına görə Qulyelmo Markoni (1909), həmçinin tranzistorlar (1956), lazer (1964), yarımkeçiricilər (2000) və işıq diodları (2014) ixtiraçıları. Nobel mükafatının 881 laureatından cəmi 28-i mühəndis və ya texnoloqdur.

Bu nüfuzlu mükafata riyaziyyatçılar da layiqdir. Çünki riyaziyyat ən universal dil, bütün dəqiq elmlərin əsasıdır. Deyilənlərə görə, A.Nobelin fin riyaziyyatçısı Rolf Nevanlinna ilə münasibətləri yaxşı olmayıb və onun mükafatın ilk laureatı olacağını bildiyi üçün riyaziyyatı ümumiyyətlə siyahıdan çıxarmağa qərar verib. Alimin riyaziyyatı tətbiqi elm kimi qəbul edərək, onu sərbəst fənn hesab etməməsi variantı da mövcuddur. Lakin bu fikir XX əsrin böyük kəşfləri (məsələn, Eynşteynin nisbilik nəzəriyyəsi) ilə təkzib edilib.

Bütün bunlara baxmayaraq, Nobel Komitəsi mövcud olan siyahıya yeni kateqoriyalar əlavə etməməyə qərar verib. Qeyd etmək lazımdır ki, mühəndislər, texnoloqlar, riyaziyyatçılar və informasiya texnologiyaları üzrə mütəxəssislərin də nüfuzlu mükafatları vardır. Lakin onlar Nobel mükafatı qədər diqqəti cəlb etmirlər.

“Quartz” nəşri öz kəşfi ilə Yer kürəsində hər bir insanın həyatını daha da yaxşılaşdıran alimlərin şərəfinə, Nobel mükafatı almayan, lakin onun meyarlarına tamamilə uyğun olan mühəndis və ixtiraçıların siyahısını tərtib edib. nanonewsnet.ru saytı siyahını təqdim edib:

  • Uillis Kerrier kondisioner, 1902
  • Orvil və Nevil Rayt aeroplan, 1903
  • Alva C.Fişer paltaryuyan maşın, 1908
  • Henri Ford   konveyer, 1909
  • Tomas E.Mürrey elektrostansiya, 1910
  • Fred Volf soyuducu, 1913
  • Con Louqi Berd televizor, 1928
  • Tomas Kerol avtomatik hərəkət edən kombayn, 1937
  • Ketrin Blocet işığı əks etdirməyən şüşə, 1938
  • Qreys Hopper COBOL proqramlaşdırma dili, 1950
  • Deril Çapin, Kelvin Fuller və Cerald Pirson fotoelektrik günəş panelləri, 1954
  • Frenk Rozenblat süni neyron şəbəkələr, 1958
  • Robert Qoddart raket texnikası, 1961
  • Malkolm MakLeyn gəmi-konteyner sistemi, 1964
  • Rey Tomlinson  elektron poçt, 1972
  • Marti Kuper mobil telefon, 1973
  • Rocer İston, İvan Qettinq və Bredford Parkinson   GPS, 1974
  • Stenli Uittingem və Con Qudenaf ion-litium batareyaları, 1980
  • Tim Berners-Li İnternet, 1991
  • Stiv Cobs iPhone, 2007
  • Satoşi Nakamoto bitkoin, 2008
  • Tsuomi Miyusaka, Nam-Quy Park və Henri Sneyt perovskit günəş elementləri, 2009
  • Cenifer Dudna və Emanuel Şarpentye CRISPR-Cas9 genlərin redaktə edilməsi texnologiyası, 2012

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR