Süni intellektə malik holoqram təqdim olunub 03.10.2017    01:02 / Texnoloji yeniliklər

“VNTANA” və “Satisfi Labs” şirkətləri sahibkarlara biznesdə istifadə üçün şəxsi holoqrafik robot-köməkçilərin hazırlanmasına imkan verən yeni platforma yaradıblar. Yeni layihə müştərilərlə qarşılıqlı əlaqədə olan robotun holoqrafik bədəninin yaradılması üçün süni intellekt və əlavə reallıq texnologiyalarını birləşdirir.

“Bizim holoqramların yaradılması texnologiyamız bir çox markalara öz müştəriləri ilə daha yaxşı qarşılıqlı əlaqədə olmağa kömək edib. İndi platformamızdakı bu yeni əlavəni təklif etməkdən məmnunuq. “Satisfi Labs” şirkəti ilə əməkdaşlıq sayəsində ilk dəfə süni intellekti holoqrama inteqrasiya edə bildik. Bu da holoqramlarımızın müştərilərlə daha yüksək səviyyədə qarşılıqlı əlaqədə olmasına imkan verəcək”, – deyə “VNTANA” şirkətinin həmtəsisçisi və baş direktoru Eşli Krouder bildirib.

naked-science.ru saytının məlumatına görə, yeni sistemin əsas xüsusiyyətlərindən biri süni intellektin insanlarla qarşılıqlı əlaqə haqqında məlumatları toplamaq və emal etmək qabiliyyətidir ki, bu da sonra ona hər bir şəxslə unikal ünsiyyət qurmağa imkan verir. Bunun üçün sifətin tanınması sistemi və emosiyaların tanınması üçün əhval-ruhiyyənin analizi modulundan da istifadə olunacaq. İstehsalçılar iddia edirlər ki, yeni “ağıllı” holoqramlar hələ ki, belə ünsiyyətə hazır olmayan insanları da stresdən azad edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR