LunaR: günəş batareyası ilə işləyən ilk smart saat 03.10.2017    11:16 / Texnoloji yeniliklər

“LunaR” startap şirkəti Kickstarter platformasında dünyada günəş batareyası ilə işləyən ilk “ağıllı” saatın istehsalı üçün vəsait toplamağa başlayıb.

Müasir “ağıllı” saatlar bir dəfə yüklənmiş enerji ilə orta hesabla bir gün ərzində işləyə bilir.  Lakin 1 ay və ya il ərzində avtonom rejimdə işləyə bilən saatlardan söhbət belə gedə bilməz. “LunaR” startap-şirkəti bu problemi həll etmək məqsədilə günəş batareyası əsasında saat hazırlamaq qərarına gəlib.

popmech.ru saytının məlumatına görə, saatlara quraşdırılmış günəş batareyaları təbii və süni işıq ilə işləyə biləcək: gün ərzində bir saat enerji ilə yüklənmə ona kifayət edir. Saatı yenidən yükləmək üçün həmçinin, ənənəvi USB-kabeldən də istifadə etmək mümkün olacaq.

Günəş batareyasından başqa, LunaR həm də standart hibrid smart-saatdır. O, yuxu və ayıqlıq göstəricilərini izləməyə, həmçinin xəbərdarlıqları göstərmək üçün sosial şəbəkə və messencerlərə bağlana bilir. Saatda ekran yox, onun əvəzinə işıq diodu lampalarından ibarət halqa yer alıb. Bundan başqa, LunaR istifadəçinin smartfonunda GPS-dən istifadə edərək lazımi saat qurşağını avtomatik seçə bilər.

Startap 50 000 dollar toplamağı hədəf kimi müəyyənləşdirsə də, artıq  100 000 dollara nail olub. LunaR-la layihənin Kickstarter platformasında yerləşdirilmiş rəsmi səhifəsində tanış olmaq mümkündür. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR