AMEA rəsmiləri İslam Əməkdaşlıq Təşkilatının Elm və texnologiya üzrə I sammitində iştirak ediblər 14.09.2017    11:35 / Mühüm hadisələr

AMEA-nın prezidenti, akademik Akif Əlizadə və AMEA-nın akademik-katibi,  akademik Rasim Əliquliyev Azərbaycan nümayəndə heyətinin tərkibində 07-11 sentyabr 2017-ci il tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və texnologiya üzrə I sammitində və bu sammit çərçivəsində keçirilən yüksək səviyyəli iclaslarda iştirak etmişlər.

Sammit “İslam dünyasının,  elmi, innovativ və texnoloji  cəhətdən modernləşməsi” devizi altında İƏT-ə üzv ölkələrin alimlərinin dünyada gedən proseslərdə oynadığı rolu önə çəkmək və bu sahələrdəki fəaliyyətdə vəhdət nümayiş etdirərək dünya elminə  inteqrasiya prosesini sürətləndirmək, həmçinin islam ölkələri arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirmək məqsədi daşıyırdı.

Tədbir çərçivəsində “21-ci əsrdə elm və cəmiyyət arasında inkişaf edən əlaqələr”, “Davamlı inkişaf üçün elm və texnologiya”, “Müasir iqtisadiyyatda rəqabətlilik və innovasiya”, “Elm və texnologiya sahəsində əməkdaşlığın artırılması” mövzuları üzrə iclaslar keçirilmişdir. Sammit zamanı ölkə başçıları tərəfindən İƏT ölkələri arasında təhsil, elm, texnologiya və innovasiya sahələrində çoxtərəfli əməkdaşlığın artırılmasını ehtiva edən Astana Bəyannaməsi imzalanmışdır. Tədbirin digər bir sənədi olan  “İKT Elm, Texnologiya və İnnovasiya Gündəliyi 2026”-da bütün vətəndaşlar üçün sağlam həyatın təmin edilməsi, ali təhsilin və tədqiqatın keyfiyyətinin yaxşılaşdırılması və digər məsələlər öz əksini tapmışdır.

A.Əlizadə və R.Əliquliyev sammit çərçivəsində keçirilən müzakirələrdə fəal iştirak etmiş, Azərbaycanda son illər həyata keçirilən elmi-tədqiqat proqramları və əldə edilən elmi nailiyyətlərə dair islam ölkələrində olan həmkarlarına məlumat vermiş, əməkdaşlığa dair fikir mübadiləsi aparmışlar.

Müzakirələr zamanı İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiyalar üzrə Sammitində qarşıda duran ən mühüm məsələlərdən birinin də əməkdaşlıq üzrə konkret prioritet sahə kimi informasiya-kommunikasiya texnologiyalarının olduğunu bildirən alimlər bu zərurətin ilk növbədə, İKT-nin bəşəriyyətin sosial-mədəni tərəqqisində oynadığı rolla əlaqədar olduğunu qeyd etmişlər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

17 noyabr – Azərbaycanın Mİllİ Dİrçəlİş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR