“AICT 2017” konfransı keçiriləcək 11.09.2017    03:32 / Mühüm hadisələr

AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev və şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev konfransın texniki proqram komitəsinin üzvləridir.

20-22 sentyabr 2017-ci il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində IEEE-nin (Institute of Electrical and Electronics Engineers - Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu) təşkilatçılığı ilə İKT-nin tətbiqi üzrə XI Beynəlxalq konfrans – “AICT 2017” keçiriləcək.

Müxtəlif illərdə keçirilmiş AICT konfransları Avstraliya, Azərbaycan, Əlcəzair, Banqladeş, Belarus, Çin, Finlandiya, Gürcüstan, Almaniya, Yunanıstan, Hindistan, İran, İtaliya, Yaponiya kimi dünyanın 50-dən çox ölkəsindən yüzlərlə tədqiqatçının diqqətini cəlb etmişdir. Əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan, ümumi maraq və problemlər ətrafında birləşən alim və mütəxəssisləri eyni coğrafi məkana toplamaqdır.

 “AICT 2017” konfransının əsas istiqamətləri:

- Data Mining və informasiya mühəndisliyi;

- Kibertəhlükəsizlik problemləri;

- İKT tətbiqində ən yeni tendensiyalar;

- Kommunikasiya, şəbəkə və avadanlıqlar;

- Təhsil, humanitar, sosial elmlər və tədqiqatda İKT;

- Biznes, idarəetmə və iqtisadiyyatda İKT;

- Dövlət idarəçiliyində İKT;

- Tibb və səhiyyədə İKT;

- Yanacaq-enerji sənayesində İKT.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

15 Sentyabr – Azərbaycanda Bİlİk Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR