Artıq əlavə reallığı gözə implantasiya etmək mümkündür 08.08.2017    04:08 / Texnoloji yeniliklər

Amerikanın “Omega Ophthalmics” şirkətinin hazırladığı platforma sayəsində göz almasına yalnız müxtəlif sensor və linzaları deyil, əlavə və qarışıq reallığı bilavasitə insanın gözünə inteqrasiya edən mürəkkəb elektron qurğuları da implantasiya etmək mümkün olacaq

“Omega Gemini Refractive Capsule” adlı platforma şprisin köməyilə gözün qüzehi qişasının altına yeridilən elastik konteynerdən ibarətdir. Göz implantatının yenilik olmadığı məlumdur, lakin indiki halda alimlər bir qədər irəli gedərək orijinal göz büllurunu süni ilə əvəz edirlər. “Omega Gemini” konteynerinin daxilinə biometrik sensorlar və ya istənilən digər qurğuların yerləşdirilməsi mümkündür. Onlar iynənin köməyilə konteynerə daxil edilir. İnsanın görmə qabiliyyətini yaxşılaşdırmaq üçün konteynerin daxilinə elastik linza yeridilir.

hi-news.ru saytının məlumatına görə, platformanın yaradıcıları inqilabi yenilik etmək üçün digər tədqiqatçılara bu layihəyə qoşulmağı təklif edirlər. Bununla belə, heç kim yaxşı görən gənc insanların öz gözlərinə müxtəlif qadcetləri implantasiya edəcəklərini gözləmir. Platforma ilk növbədə görmə imkanı məhdud olan və ya digər xəstəliklərdən əziyyət çəkən insanlar üçün nəzərdə tutulub. Yaşlı insanların gözləri qarşısında mağaza və ya evə gedən yolun dəqiq xəritəsi olacaq, çünki illər ötdükcə insanların əksəriyyətində yaddaş və oriyentasiya ilə bağlı problemlər yaranır. Lakin platformanın hərbi sahədə də tətbiq ediləcəyi istisna deyil.

Qeyd edək ki, şirkət yeddi pasiyentlə altı ay kliniki sınaqlar keçirib və hələ ki, heç bir əks təsir aşkar etməyib. Daha çox insanla əlavə kliniki sınaqların keçirilməsi, həmçinin mövcud texnologiyanın təkmilləşdirilməsi şirkətin gələcək planlarına daxildir. İdeyanın inkişaf etdirilməsi üçün vacib olan əlavə investisiyaları isə böyük şirkətlər təmin edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR