Barmaq izləri skaneri ekranında olan ilk smartfon 04.08.2017    09:50 / Texnoloji yeniliklər

Çinin “Vivo” şirkətinin yeni smartfonu haqqında məlumatlar mətbuata sızıb. Bildirilir ki, qadcetin ilkin nümayişi zamanı çəkilmiş foto təsadüfən “Twitter”in Çin analoqu olan “Weibo” sosial şəbəkəsinə düşüb.

psm7.com saytının məlumatına görə, qadcet alıcılara fotoda olduğu kimi təqdim edilərsə, o, barmaq izləri skaneri korpusun panelində deyil, şüşənin altında olan ilk smartfon olacaq.

“Vivo XPlay 7” adlı qurğunun hazırlanmasında “Qualcomm” şirkətinin məhsullarından istifadə ediləcək. Belə ki, bu şirkətlə Çin istehsalçısının əməkdaşlığı haqqında daha əvvəl məlumat verilmişdi. İyun ayında keçirilmiş “Mobile World Congress Shanghai 2017” konfransında şirkətlər barmaq izlərinin skan edilməsi üzrə innovativ qurğunu – “Qualcomm Snapdragon Sense ID” təqdim ediblər. Bu qurğuda istifadə olunmuş sensorlar barmaq izlərini şüşə və metaldan tanımağa, həmçinin hərəkətdə olan barmaqların yastıqlarının naxışlarını müəyyən etməyə imkan verir.

Nümayiş zamanı çəkilmiş fotolardan görünür ki, “Vivo XPlay 7” minimal çərçivələrə malik tam ekranla təchiz edilib, qurğunun kənarları isə bükülüb. Daha əvvəl yeni smartfonun 2017-ci ilin 4-cü rübündə satışa çıxarılacağı barədə məlumat verilmişdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR