Kainatın ən böyük virtual modeli yaradılıb 01.08.2017    10:00 / Maraqlı məlumatlar

Sunway TaihuLight dünyanın ən sürətli superkompüteridir. O, modelləşdirmə üçün məlumatları 10 milyon prosessor nüvəsinin köməyilə emal edir.

Çin alimləri ən sürətli superkompüteri sınaqdan keçirməyə qərar veriblər. Ondan kainatın ən böyük virtual modelinin yaradılması üçün istifadə ediblər.

3dnews.ru saytının məlumatına görə, Çin alimlərinin kainat modeli iyun ayında İsveçrənin Sürix Universitetinin astrofiziklərinin yaratdıqları modeldən 5 dəfə böyükdür. Lakin qeyd etmək lazımdır ki, İsveçrəli alimlərin modeli 80 saat, Çin alimlərinin modeli isə 1 saat işləyib.

Bu kimi modelləşdirmələr astronomlara tədqiqat üçün kosmosun cəzbedici regionlarını axtarmağa kömək edir, onun qaranlıq materiya və qaranlıq enerji kimi komponentlərinin sirrini açır. Çinlilər superkompüterdə kainatın yaranması və on milyon il müddətində inkişafını yenidən yaradıblar. Təəssüf ki, tezliklə onlar prosesi dayandırmalı olublar, çünki Sunway TaihuLight digər məsələləri həll etməli idi.

Çin superkompüterlərində bir çox çatışmazlıqlar var və onlar nadir hallarda tam gücü ilə işləyir. Ehtimal edilir ki, alimlər Sunway TaihuLight-ın gücünü maksimallaşdırmaq üsulunu tapıblar. Belə ki, superkompüter hər hansı problem yaranmadan tam gücü ilə işləyib.

Hazırda tədqiqat qrupunun rəhbəri Qao Lyan kainatın yaranmasından başlayan və cari era ilə bitən (yəni, təxminən 13,8 milyard il) simulyasiyanı işə salmaq niyyətindədir. Lakin bunun üçün o, sələfindən 10 dəfə güclü olan yeni superkompüterin yaradılmasını gözləməli olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR