Dünyanın ən bahalı video oyunları 28.07.2017    11:43 / Maraqlı məlumatlar

Böyük Britaniyanın “Safestore” şirkəti ən bahalı, nadir video oyunların siyahısını dərc edib.

popmech.ru saytının verdiyi məlumata görə, Gamma Attack — Atari 2600 oyunu  “Gammation” şirkəti tərəfindən istehsal edilmiş yeganə oyundur. Bazarda bu unikal oyunun yalnız bir kartricinə rast gəlinib. Bu səbəbdən o, ən bahalı, təxminən 500 000 dollar dəyərində olan oyundur.

Stadium Events — NES idman oyunu üçün xüsusi interaktiv xalça lazımdır. Oyunçu bu xalça üzərində 4 olimpiya idman növlərində iştirak edərək qaçmalı və ya tullanmalıdır. Bu oyunu 35000 dollara əldə etmək mümkündür.

Birthday Mania — Atari 2600  bir sıra mini-oyunlardan ibarət nadir oyundur. Oyunun qiymətini onun qablaşdırılması ilə də müəyyən etmək olar: qablaşdırmanın görüntüsü qədər yaxşıdırsa, qiyməti də o qədər yüksəkdir. 1984-cü ildə Birthday Mania işıq üzü görəndə 20 dollar dəyərində idisə, bu gün onun qiyməti 35 000 dollardır.

Air Raid — Atari 2006 oyununda Manhettenə hücüm edən yadplanetli uçan boşqabları vurmaq lazımdır. Əsas məsələ binalardan hər birinə 12 dəfədən çox vurmağa imkan verməməkdir. Bu gün oyun 33 500dollar dəyərindədir.

Super Mario Bros Asia Cover — NES demək olar ki, hər qeymera tanış olan oyundur. Yüksək qiymət oyunun məhz ingilis və çin dilinin kanton dialektində yazılmış asiya versiyasına aiddir. Onun qiyməti 22 000dollardır.

Bir neçə mini-oyundan ibarət olan Nintendo World Championships Gold Edition — NES-ə Tetris, Rad Racer və Super Marion Bros oyunları daxildir. Oyunun “qızıl” nəşri satışa daxil olmurdu, yalnız Nintendo Power jurnalının müsabiqəsində qalib gələnlərə mükafat kimi verilirdi. Bu səbəbdən oyun nadir tapılır və qiyməti 21 000 dollar təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

18 oktyabr – Azərbaycanın Dövlət Müstəqİllİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR