Zukerberq Maskın bəyanatlarına qarşı çıxıb 27.07.2017    04:40 / Maraqlı məlumatlar

Amerikalı milyarder və “SpaceX” şirkətinin banisi İlon Mask əmindir ki, süni intellekt texnologiyalarının çox sürətli inkişafı gec-tez bəşəriyyətin iflasına gətirib çıxaracaq. “Facebook”un yaradıcısı Mark Zukerberq isə onunla razı deyil və bu kimi çıxışları məsuliyyətsizlik hesab edir.

planet-today.ru saytının verdiyi məlumata görə, Maskın dünyanın sonu ilə bağlı bəyanatları haqqında Zukerberqin fikrini öyrəniblər. Facebook-un banisi süni intellektin inkişafı ilə bağlı nikbin proqnozlar verib. O hesab edir ki, “silisium beyin” bəşəriyyətə yalnız xeyir gətirəcək. Lakin Mask bu kimi bəyanatlar edərək cəmiyyətdə cahilliyi artırır.

Qeyd etmək lazımdır ki, mətbuatda ənənəvi olaraq “süni intellekt” adlandırılan alqoritmlər neyron şəbəkələri əsasında ixtisaslaşdırılmış həllərdir. İnsan beyninin prinsiplərinin köçürülməsini nəzərdə tutan alqoritmlər xəyalpərəstlərin təsvir etdiyi süni intellekt anlayışından hələ çox uzaqdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR