Almaniyada pilotsuz avtomobillər üçün qaraj istifadəyə verilib 27.07.2017    03:41 / Texnoloji yeniliklər

Almaniyanın “Bosch” şirkətlər qrupu “Daimler” konserni ilə birgə dünyada pilotsuz avtomobillər üçün ilk avtodayanacaq tikib.

Pilotsuz nəqliyyat texnologiyalarının inkişafı tez-tez konkret yol vəziyyətlərinə uyğun olaraq proqram təminatının tamamlanmasını nəzərdə saxlayır. Onlardan biri də avtodayanacaq məsələsidir. Bu halda sürücü avtodayanacağa gəldikdən və salonu tərk etdikdən sonra avtopilot maşını boş yerə müstəqil qoyur. Bu kimi alqoritmlər “Tesla Motors” elektrik avtomobilləri və “Audi”nin bəzi pilotsuz təyyarələrində mövcuddur. Avtopilot sahibi salonu tərk etdikdən sonra ən az yanacaq sərf edərək boş yer tapmaq üçün yoluna davam edir.

naked-science.ru saytının verdiyi məlumata görə, Daimler və Bosch-un yeni qarajı pilotsuz avtomobillərin park edilməsini asanlaşdırmaq məqsədini daşıyır. O, avtomatik avtodayanacaqda boş sahələrin mövcudluğunu izləyən və məlumatları maşına ötürən kompüterləşmiş sistemlə təchiz edilib. Sürücü mobil proqramın köməyi ilə səfərdən əvvəl yeri bron edir və sistemlə başqa qarşılıqlı əlaqələri həyata keçirdir. Sürücü qaraja gəldikdən sonra xüsusi sahədə avtomobili saxlayıb salonu tərk edə və proqramda dayanacağa keçməyə hazır olduğunu qeyd edə bilər. Sonra alqoritm avtomobillə əlaqə saxlayaraq məlumat ötürür, nəqliyyat vasitəsi isə öz növbəsində alınmış informasiya və sensor göstəricilərinin köməyi ilə yeni məkana yollanır.

Mütəxəssislərin sözlərinə görə, təklif edilmiş texnologiya adi avtodayanacaqlarda da tətbiq edilə bilər. Bu texnologiyanın tətbiqi ilkin olaraq pilotsuz avtomobillər üçün nəzərdə tutulmayan avtodayanacaqlarda boş yerlərdən istifadənin effektivliyini artıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR