“Ağıllı” üzük şəhadət barmağını telefona çevirəcək 26.07.2017    03:13 / Texnoloji yeniliklər

Kickstarter kraudfaundinq platformasında sahibinin barmağını qarnitura çevirmək bacarığına malik “ağıllı üzük üçün vəsait yığımı üzrə kampaniyaya start verilib.

Kifayət qədər böyük üzükdən ibarət Orii adlı qurğu şəhadət barmağına taxılır və Bluetooth-un köməyi ilə smartfonla sinxronlaşdırılır.

Üzüyün işi sümük keçiricilik qabiliyyətinə əsaslandırılmışdır. Belə ki, zəng daxil olduqda Orii-nin sahibinə barmağını qulağına qoymağı kifayətdir, sonra o həmsöhbətini eşidəcək. Bu halda hətta güclü səs-küy olarsa belə, yaxşı eşidilmə təmin olunur.

hitech.newsru.com saytının verdiyi məlumata görə, üzük, həmçinin Siri və Google Now səs köməkçilərinin xidmətlərindən istifadə etməyə imkan verir. Smartfonu cibdən çıxartmadan, Orii-in iOS və Android üçün nəzərdə tutulmuş proqramının köməyilə üzüyə xəbərdarlıqların göndərilməsini təmin etmək mümkündür. Bildiriş qurğuya inteqrasiya edilmiş LED-indikator vasitəsilə qəbul olunur. Orii-nin avtonom iş vaxtı gözləmə rejimində 45 saat təşkil edir.

Layihə kraudfaundinq platformasında minimum 30 min dollar lazım olduğu halda 135 min ABŞ dolları yığmışdır. Kampaniya avqustun sonuna kimi davam edəcək, Orii-in sifarişçilərə çatdırılmalarına isə 2018-ci ilin fevralında başlanılacaq. Kickstarter-də bir üzüyün dəyəri 119 dollar təşkil edir.

Qeyd edək ki, Orii ilk belə qurğu deyil. Ötən ilin payızında oxşar funksionallığa malik olan Sgnl qolbağının istehsalı üçün Kickstarter-də kifayət qədər məbləğ yığılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR