USB-brelok fərdi kompüteri maşın təlimi funksiyalarıyla təchiz edəcək 25.07.2017    03:28 / Texnoloji yeniliklər

“Movidius” şirkəti Neural Compute Stick adlı olduqca maraqlı hesablama modulu təqdim edib. Qurğu USB 3.0 interfeysli brelok formasında hazırlanıb. Bu kiçik qadcet istənilən kompüteri maşın təlimi imkanlarıyla təchiz edə bilər.

Neural Compute Stick-in əsasında Movidius Vision Processing Unit (VPU) hesablama düyünü dayanır. O, İnternetə qoşulmadan məsələləri müstəqil həll edir.

3dnews.ru saytının verdiyi məlumata görə, VPU 1 Vatdan az  enerji sərf edir. Bu halda onun məhsuldarlığı 100 qiqaflopsa çatır. Brelokun ölçüləri 72,5×27×14 mm-dir.

Neural Compute Stick breloku süni intellekt sahəsində müəyyən məsələlərin həllində kömək edəcək. Yeniliyin potensial tətbiq sahələrinə intellektual videoizləmə kamerası, ev üçün “ağıllı” məhsul, dronlar və s. aiddir.  

Bu gün süni intellekt və maşın təlimi ən əhəmiyyətli tədqiqat sferalarındandır. Ekspertlərin fikrincə, 2020-ci ilə kimi dünyada İnternetə qoşulmaq və öz aralarında məlumat mübadiləsi aparmaq bacarığına malik olan 50 milyarddan çox maşın və qurğu işləyəcək.

Qeyd edək ki, brelokun qiyməti təxminən 80 ABŞ dolları təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR