Beynəlxalq Kosmik Stansiyaya virtual tur 25.07.2017    12:19 / Maraqlı məlumatlar

Google Street View xidməti tarixdə ilk dəfə olaraq, kosmik stansiyanın daxildən necə göründüyünü müəyyənləşdirib.

İndi İnternet şəbəkəsindən uzaqlaşmadan Beynəlxalq Kosmik Stansiyada (BKS) olmaq və özünü əsl astronavt kimi hiss etmək mümkündür. Belə ki, Google Street View xidməti Beynəlxalq Kosmik Stansiyaya virtual tur etmək imkanını təqdim edib. 

www.popmech.ru saytının verdiyi məlumata görə, Avropa Kosmik Agentliyinin astronavtı Tomas Peske Beynəlxalq Kosmik Stansiyada olduğu yarım il müddətində Google üçün stansiyanın interyerinin fotolarını çəkib.

Adətən, Google-un mütəxəssisləri Google Street View üçün panorama çəkmək məqsədilə çoxkameralı çəkilişi həyata keçirən avadanlıqdan istifadə edirdilər. Lakin bu üsul kosmosa göndərilmə üçün çox ağır və baha başa gəlirdi. Bu səbəbdən, Google NASA mütəxəssisləri ilə birgə başqa çəkiliş üsulu haqqında fikirləşdilər. Onların köməyinə stansiyada yerləşən adi güzgü kamerası və başqa avadanlıqlar çatdı. Bundan sonra, Tomas Peske çoxsaylı şəkillər çəkərək, onları Google-a təqdim etdi. Şirkət mütəxəssisləri isə öz növbəsində bu şəkilləri bir-birinə “calayaraq” BKS üzrə virtual tur yaratdılar.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR