İmpakt faktorun yeni variantları təklif olunub 17.07.2017    12:34 / Mühüm hadisələr

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin həmmüəllifi olduqları “Jurnalın impakt faktorunun modifikasiyaları”  (“Modifications to the journal impact factor”) adlı məqalə Böyük Britaniyanın nüfuzlu COLLNET Journal of Scientometrics and Information Management jurnalında dərc olunub.

İldə iki dəfə nəşr olunan jurnal elmmetriya və informasiyanın idarə olunması sahəsində ən son tədqiqatları təqdim edir.

Məqalədə Y.Qarfild tərəfindən təklif olunmuş impakt faktor və onun digər müəlliflər tərəfindən təklif olunmuş modifikasiyaları analiz olunmuş, onların çatışmayan cəhətləri göstərilmişdir. Bu çatışmazlıqları aradan qaldırmaq üçün məqalənin müəllifləri tərəfindən özü-özünə istinadlar və istinad edən mənbələrin sayını nəzərə alan bir neçə çəkili impakt faktor təklif olunmuşdur.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi qrant (Qrant № EİF-2014-9(24)-KETPL-14/02/1) layihəsi çərçivəsində hazırlanmışdır.

Qeyd edək ki, Web of Science elmi bazasında indeksləşən “COLLNET Journal of Scientometrics and Information Management” jurnalı elmmetriya sahəsində nəşr olunan jurnallar arasında yüksək nüfuza malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR