Elektron təhsil mühitinin idarə edilməsi problemləri araşdırılır 14.07.2017    11:09 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin 6 aylıq hesabatı müzakirə olundu. Şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev hesabatı təqdim edərək görülmüş işlər haqqında məlumat verdi. Məruzəçi öncə elmi-tədqiqat işlərindən danışdı. Bildirdi ki, elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi istiqamətində xarici ölkələrin aparıcı universitetlərində elektron tədris texnologiyalarının tətbiqi məsələləri araşdırılmışdır. O, həmçinin təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modelinin işlənməsi ilə bağlı araşdırmaların aparıldığını qeyd etdi. İKT ixtisaslarının istiqamətləri üzrə tədris proqramının optimal seçilməsində data mining metodlarının tətbiqi haqqında məlumat verdi.

F.Ağayev şöbənin elmi-innovativ və praktiki fəaliyyətindən söz açaraq bildirdi ki, şöbə əməkdaşları doktorant və dissertantlar üçün “İnformatika” fənni üzrə mühazirələrin hazırlanmasında iştirak etmişdir. Şöbə əməkdaşlarının elmi məqalələrinin biblioqrafiyası Vikipediya onlayn ensiklopediyasının  Azərbaycan bölməsinə daxil edilmişdir.

Məruzəçi qeyd etdi ki, şöbə əməkdaşlarının bir sıra məqalələri tanınmış elmi jurnallarda nəşr olunmuş, müxtəlif səviyyəli elmi-texniki konfranslar və simpozimlarda məruzələri dinlənilmişdir.

O, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, beynəlxalq elmi əməkdaşlıq və müxtəlif təyinatlı nəşrlərin hazırlanması ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

Sonda hesabatla bağlı müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 noyabr – Azərbaycanın Mİllİ Dİrçəlİş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR